
Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin yanvar ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Zerdab.com saytı cədvələ istinadən xəbər verir ki, yanvar ayında 2 yüksəkvəzifəli şəxs Zərdab sakinlərini də qəbul edəcək.
Belə ki, Elm və təhsil naziri Emin Əmrullayev Göyçayda Zərdab, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Göyçay, Kürdəmir sakinlərinin qəbulunu keçirəcək. Qəbul yanvar ayının 26-da baş tutacaq.
Zərdab sakinlərini də qəbul edəcək digər vəzifəli şəxs isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevdir. Anar Quliyevin də qəbulu Göyçayda keçiriləcək.
Komitə sədri Zərdab, Göyçay, Ağdaş, Kürdəmir, Ucar sakinlərini qəbul edəcək.
Qəbul yanvar ayının 30-da baş tutacaq.
Zerdab.com








