Bir milyondan çox şəxsin pensiyası ARTIRILACAQ

0
5508

Fevral ayında pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min şəxsə şamil ediləcək.

Zerdab.com xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, pensiya məbləğinin neçə manat artacağı hələlik məlum deyil: “Bu, Dövlət Statistika Komitəsinin təqdim edəcəyi məlumata uyğun olaraq aparılacaq”.

“Müharibə veteranları və qazilər üçün verilən müavinətin məbləğinin artırılması müzakirə oluna bilər”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır:

“Müharibə veteranları və qazilər üçün aylıq 80 manat müavinət təyin edilib. Bu təbəqə üçün müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər”.

Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Onun sözlərinə görə, məsələ “Əmək pensiyaları haqqında” qanunla tənzimlənir: “Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur”.

Zerdab.com