Daxili işlər naziri Vilayət Eyvazov DİN-in sərəncamında olan rəisə yeni vəzifə verdi

0
4806
resad-xelilov-zerdab-dyp

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
Zerdab.com saytına verilən məlumata görə, daxili işlər naziri Vilayət Eyvazov DİN-in sərəncamında olan polis mayoru Rəşad Xəlilova yeni vəzifə verib.
Polis mayoru Rəşad Xəlilov Respublika Baş Dövlət Yol Polisi İdarəsinin alayında vəzifəyə təyin olunub.
Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Rəşad Xəlilov bundan öncə Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsində çalışıb.
Rəşad Xəlilov uzun illər Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsində də işləyib.

Zerdab.com