Həmyerlimiz, ictimai fəal Ramil Mehdiyev Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı tərəfindən təltif olunub. Zerdab.com saytı xəbər verir ki, Ramil Mehdiyev bu təltifə 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvü olaraq layiq görülüb.
Qeyd olunub ki, Ramil Mehdiyev 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının təbliğat-təşviqat qrupunun üzvü kimi seçicilərlə işin təşkilində mühüm aktivlik nümayiş etdirib, yüksək vətəndaşlıq, vətənpərvərlik nümunəsi, fədakarlıq göstərib.
Təltifnamə həmyerlimizə YAP Nizami rayon təşkilatında keçirilən tədbirdə təqdim olunub.
“Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyova göstərdiyi diqqət üçün təşəkkür edir, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təbliğat kampaniyasında iştirakımdan böyük qürur hissi duyuram”,-deyə Ramil Mehdiyev vurğulayıb.
Həmyerlimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik.