Zərdabda oğurluq edən üç nəfər saxlanılıb

0
2476
Zərdab-Rayon-Polis-Şöbəsi-768x423

Zərdabda oğurluq edən üç nəfər saxlanılıb.

Zerdab.com saytı xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Böyük Dəkkə və Təzəkənd kəndləri ərazisində oğurluq faktları törədən Ağdam rayon sakinləri T.Axunov, F.İsmayıllı və E.Baxışov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər müxtəlif vaxtlarda kənd sakinlərinə məxsus xırdabuynuzlu heyvanları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar.

Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.