Qoruqbağı kəndində sakinləri narahat edən problem həll olundu – Fotolar

0
4465

Zərdabın Qoruqbağı kənd sakini İntiqam müəllim İsmayılovun maddi dəstəyi və təşəbbüsü ilə kənd sakinlərini narahat edən problem həllini tapıb.

Zerdab.com saytı xəbər verir ki, Qoruqbağı kənd orta məktəbinin qarşısındakı yol ensiz olduğu üçün şagirdlər dərsə gedib-gələrkən təhlükəli vəziyyətlə üzləşirdilər. Bundan başqa, həmin yoldan iri texnikalar keçən zaman sürücülər çətinlik çəkirdi. İntiqam müəllimin təşkilatçılığı və maddi dəstəyi ilə həmin əraziyə texnikalar cəlb olunub, torpaq qatı daşınıb və borular yerləşdirildikdən sonra yol genişləndirilib. Artıq şagirdlər məktəbə gedib-gələrkən təhlükəli vəziyyətlə üzləşməyəcəklər. Bundan bir müddət öncə İntiqam müəllim İsmayılovun təşkilatçılığı ilə Sarıqaya və Qoruqbağı kəndlərinin qəbiristanlığının ərazisi də texnikalar vasitəsilə təmizlənərək mümkün boş ərazilər genişləndirilib, təmizlənilib, yağış suları yığılan hissə hamarlanıb. Ramazan günlərində həmçinin İntiqam müəllimin maddi dəstəyi ilə əvvəlki illərdə olduğu kimi Qoruqbağı kəndinin ehtiyacı olan imkansız ailələrinə ərzaq yardımları da paylanılıb. Allah razı olsun, Allah min əvəzini versin. İntiqam müəllim belə yardımları uzun illərdir ki, edir, ancaq heç vaxt paylaşımasına razı olmurdu. İndi isə ona görə paylaşırıq ki, qoy digər imkanlı şəxslər də həvəslənsinlər. Necə deyərlər, yaxşı əməllər paylaşıldıqca çoxalır…

Zerdab.com

Qoruqbagı-png

Qoruqbagı-png

Qoruqbagı-png

Qoruqbagı-png