Zərdabda ölümlə nəticələnən avtoqəza olub

0
4920
zerdab-xerite-rayon

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zerdab.com xəbər verir ki, hadisə Kürdəmir- Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” və “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü E.Eyyubov hadisə yerində ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.