Həkim göndəriş verməyib, Zərdabda qadın doğuş zamanı qanaxmadan ölüb? – İDDİA

0
2423
zerdab-rayonu-zərdab-rayonu

Bu gecə Zərdab rayonunda qadın doğuş zamanı həyatını itirib.

Oxu.Az-a verilən məlumata görə, Ülviyyə Teymur qızı Əliyevanın hamiləliyi riskli olub.

Qadının ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Qeyd olunub ki, ana həyatını itirsə də, körpə sağdır.

Eyni zamanda bildirilib ki, doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.

Hadisə ilə bağlı Baş Prokurorluğa sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan faktla bağlı Zərdab Rayon Prokurorluğunda hazırda araşdırma aparılır.

Əzizə İsmayılova, Oxu.az