Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir Azərbaycan vətəndaşı həlak olub.
Zerdab.com saytına verilən məlumata görə, Rusiya ordusunun tərkibində döyüşlərə qatılan Zərdab rayon Gəndəbil kənd sakini 1995-ci il təvəllüdlü Ceyhun Qasımov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib.
Onun nəşi Rusiyadan Azərbaycana gətirilib və Zərdab rayonunda dəfn edilib.
Qeyd edək ki, son günlərdə Rusiya-Ukrayna müharibəsi zonasında bir neçə azərbaycanlı həlak olub.