Zərdab rayonu üzrə bu kəndlərin bələdiyyələri birləşdirildi – Prezident qanunu təsdiqlədi

0
3454
zerdab-rayonu.png

Prezident İlham Əliyev bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanunu təsdiq edib.

Zerdab.com saytı xəbər verir ki, sənəddə deyilir:
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə aşağıdakı yeni bələdiyyələr yaradılsın”.
Qanuna əsasən, Zərdab rayonu üzrə birləşmiş bələdiyyələr aşağıdakılardır:
Zərdab rayonu üzrə:
55.1. Bəyimli və Zərdab bələdiyyələrinin əhatə etdiyi Zərdab şəhərində, Bəyimli qəsəbəsində və Qoşaoba, Təzəkənd kəndlərində Zərdab bələdiyyəsi;
55.2. Bıçaqçı, Körpükənd və Yuxarı Seyidlər bələdiyyələrinin əhatə etdiyi Bıçaqçı, Körpükənd, Siləyli və Yuxarı Seyidlər kəndlərində Bıçaqçı bələdiyyəsi;
55.3. Birinci Alıcanlı, Çallı və Məlikumudlu bələdiyyələrinin əhatə etdiyi Birinci Alıcanlı, Cilovxanlı, Çallı, İkinci Alıcanlı və Məlikumudlu kəndlərində Çallı bələdiyyəsi;
55.4. Dəkkəoba, Dəli Quşçu, İsaqbağı və Qaravəlli bələdiyyələrinin əhatə etdiyi Böyük Dəkkə, Dəkkəoba, Dəli Quşçu, İsaqbağı və Qaravəlli kəndlərində Dəkkəoba bələdiyyəsi;
55.5. Əlibəyli, Gəlmə və Xanməmmədli bələdiyyələrinin əhatə etdiyi Allahqulubağı, Əlibəyli, Gəlmə, Hüseynxanlı, Xanməmmədli və Salahlı kəndlərində Gəlmə bələdiyyəsi;
55.6. Əlvənd, Kəndəbil, Otmanoba, Şahhüseynli və Şəftəhal bələdiyyələrinin əhatə etdiyi Ağabağı, Aşağı Seyidlər, Əlvənd, Kəndəbil, Nəzəralılı, Otmanoba, Şahhüseynli, Şəftəhal və Şıxbağı kəndlərində Kəndəbil bələdiyyəsi;
55.7. Gödəkqobu, Məmmədqasımlı, Pərvanlı və Yarməmmədbağı bələdiyyələrinin əhatə etdiyi Gödəkqobu, Lələağacı, Məmmədqasımlı, Pərvanlı və Yarməmmədbağı kəndlərində Məmmədqasımlı bələdiyyəsi;
55.8. Qoruqbağı, Məlikli və Sarıqaya bələdiyyələrinin əhatə etdiyi Burunlu, Qoruqbağı, Məlikli və Sarıqaya kəndlərində Məlikli bələdiyyəsi.