
“Mərdəkan yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü həyatını itirib”.
Zerdab.com saytı xəbər verir ki, bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru Rüstəm Əhmədli verib.
“Hadisə 16 fevral, saat 21:52-də Mərdəkan-Buzovna yolunun Qala qəsəbəsindən keçən ərazisində baş verib. Zərdab rayon sakini Sadiq Nurlan oğlu Mikayılov idarə etdiyi “Hyundai” markalı 77-FS-511 dövlət nömrə nişanlı avtomobili iki yolayrıcında olan məlumat lövhəsinə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib”, – deyə R.Əhmədli bildirib.
Faktla bağlı araşdırma aparılır.