
Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Zerdab.com xəbər verir ki, bu barədə sosial şəbəkədə video paylaşılıb.
Görüntüdən məlum olur ki, yolların buz bağlaması səbəbindən VAZ-21099 markalı minik avtomobili yoldan çıxaraq kənar sahəyə aşıb.
Hadisə şahidinin sözlərinə görə, nəqliyyat vasitəsində müəllimlər olublar.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, yolların buz bağlaması səbəbindən sürüşkən olması çoxsaylı qəzalara gətirib çıxarır.