Əsl ata, əsl müəllim, əsl insan…

0
5691
Bir-birindən sürətlə uzaqlaşan illər var – zamanı qovan, insanları ayrı salan …
Sevdiklərimizi bizdən məcburən alan, gözümüzü yaşlı qoyub xatirəyə çevirən amansız illər..
Gedişi ilə qəlbləri param-parça edən. Özünə daimi yer edən ayrılıqlar varkən bu dünyanın nəyindən küsüm?
Yeri görünən, arxasıyca rəhmət oxutduran insanlar var bu fani dediyimiz dünyada..
Geriyə dönməyəcəyini bilə-bilə gözləmək də yazılıbmış taleyimizə …
Məzarına susqun-susqun baxıb orda olduğuna inanmamaq. Şəklindəki baxışlardan qaçmaq səssiz qalmaq bir çıxış yolu deyil, bilirəm.
Ağlaya bilməmək, göz yaşlarını qəlbinə axıtmaq… Bunların çox çətin olduğunu yaşayan bilər..
Sən olmadan sevinə bilməmək. Sənsiz xoş anları boş olaraq yaşamaq. Səni duya bilməmək, qucaqlaya bilməmək…
75 yaşın olur…. Bu gün də 1 aprel bizi aldatdı.. Bu günü də verəcəyik 2025-ci ilə …aparacaq. Geriyə qalan sənsiz ad günlərin, əkillərdən baxan baxışların, xatirəyə çevrilən həyatın olacaq…
Amma o gün gəlmişdin yuxuma.. Ruhunu gördüm ay ATA… Məni sevə-sevə gəzdiyimiz Kürün sahilindən dərs dediyin 1 saylı məktəbə qədər apardın… Çox maraqlı, həyəcan, sevgi dolu bir gün yaşatdın mənə, ay ATA…
Ruhun şad… Məkanın cənnət olsun. Sənin övladın olmaq hər zaman qürurvericidir. Vüqarlı, mərd, səmimi, sadə, həyat dolu, mübariz, əqidəli, sözünəbütöv ŞƏXSİYYƏT…
Əsl ATA.Əsl Müəllim.Əsl İnsan …
Qızın Leyla İsgəndərli