Səyyar Asan Xidmət Zərdabda

0
2929
zerdab-rayonu.png

May ayının 27-dək bir neçə rayonda səyyar “ASAN xidmət” göstərilməsi nəzərdə tutulub.

Zerdab.com xəbər verir ki, bu barədə “ASAN xidmət”dən məlumat verilib.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Səyyar “ASAN xidmət” avtobusları həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir. Saat 13:00-dan 14:00-dək nahar fasiləsidir.

Səyyar Xidmət Məntəqəsi: Zərdab rayonu, 20 Yanvar küçəsi (Mədəniyyət mərkəzinin qarşısı)

Məntəqədə Olma Müddəti: 01.05.2025 – 27.05.2025, 27-gün

Göstərilən xidmətlər
Tibb xidməti
Bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu)
Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi
Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi
Yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
Əmək pensiyalarının təyin edilməsi
Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
Sürücülük vəsiqələrinin dəyişdirilməsi
Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı
Notariat fəaliyyəti