Zərdabda tanışlar arasında mübahisə QANLA BİTDİ

0
4789
zerdab-rayonu.png

Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qoşaoba kəndi ərazisində qeydə alınıb. Kənd sakini Mirzə Rövşən oğlu Cəfərli aralarında yaranmış münaqişə zəminində bıçaqla tanışı Süleyman Məhəmməd oğlu İsmayılova xəsarətlər yetirib.

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Mirzə Rövşən oğlu Cəfərli saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Oxu.az