Zərdab sakini qohumu ilə mübahisə edən şəxsi dəhrə ilə vurdu

0
3985
zerdab-rayonu.png

Zərdab rayonunda mübahisə ağır xəsarətlə nəticələnib.

Zerdab.com saytı oxu.az-a istinadən xəbər verir ki, hadisə Qoşaoba kəndində qeydə alınıb.

22 yaşlı Abbas Abbasov qohumu ilə mübahisə edən 36 yaşlı həmkəndlisi Məhəmməd Talıblını dəhrə ilə vuraraq xəsarət yetirib.

Şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.