Zərdabda 22 yaşlı qızı qaçıran şəxs həbs edilib

0
10233

Sentyabrın 9-da Zərdab rayonunun kəndlərindən birində 22 yaşlı xanımın iradəsi əleyhinə evlənmək məqsədilə oğurlanması hadisəsi baş verib.

Polis əməkdaşları tərəfindən cinayəti törədən şəxs — 1998-ci il təvəllüdlü İzzət Rəhmanoğlu saxlanılıb.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanıb. Adam oğurluğunda şübhəli bilinən şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, oğurlanan şəxsin yeri müəyyən edilərək ailəsinə qaytarılması təmin olunub.

Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya təsdiqləyiblər.

***

Zərdab rayonunda 22 yaşlı qızın oğurlanması hadisəsi ilə əlaqəli daha 3 nəfər polis tərəfindən saxlanılıb.

Əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Qaçırılma zamanı qızın 1990-cı il təvəllüdlü bacısının da qarşı tərəfə yardım etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan qızın bacısı da saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.qafqazinfo.az

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.