Zərdabda “4 yol” yaxınlığında ağır qəza olub, ölən var – FOTOLAR

0
4249
zerdab-qeza

Zərdabda ağır yol qəzası olub.

Hadisə Ağcabədi-Zərdab avtomobil yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21099” və “Land Rover” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı “VAZ-21099″un sürücüsü Abdullayev Azər Cəlal oğlu aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbi araşdırılır.