Prezidentin təltif etdiyi hərbçilər arasında Zərdabın aprel şəhidi Nurlan Abdullazadə də var

0
6840

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev noyabın 7-si hərbi qulluqçuları təltif edib. Zerdab.com xəbər verir ki, onlar arasında ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunanlar da var. Həmin qəhrəmanlardan biri də Zərdabın igid oğlu, aprel döyüşləri şəhidi gizir Abdullazadə Nurlan Rasim oğludur. Gizirimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub. Nurlan Abdullazadə 1994-cü ilin fevralın 14-də Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub. 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Nurlan Abdullazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilmişdi. O, evin yeganə oğul övladı idi. Allah rəhmət eləsin.

Zerdab.com