Zərdab təhsilinin növbəti uğuru – Şagirdlərimizdən “SAF 2025”də möhtəşəm nəticə

0
7033
zerdab
Zərdab şəhər Həsən bəy Zərdabi adına 1 nömrəli məktəb-liseyin “Robokick” komandası “SAF 2025” beynəlxalq müsabiqəsində “RoboSoccer” kateqoriyasında 79 məktəb içərisindən seçilən 16 komanda ilə birlikdə finala yüksələrək möhtəşəm nəticə əldə edib. Zerdab.com xəbər verir ki, region üzrə bu kateqoriyada yeganə iştirakçı məktəb olan Zərdab şəhər 1 nömrəli məktəb-liseyin komandası böyük şəhər məktəblərini yüksək balla geridə qoyaraq öz gücünü bir daha sübut edib. Final mərhələsində sərgilədiyi performansla komanda “Fərqlənmə” nominasiyasına layiq görülərək “SAF 2025”i uğurla tamamlayıb.
Komandanın üzvləri olan şagirdləri – Cavid Abdullazadə və Əsmər Kərimlini, həmçinin onların müəllimi, mentor Çinarə Abdullayevanı ürəkdən təbrik edirik. “Robokick” komandası “SAF 2025” festivalında yalnız uğuru ilə deyil, pozitiv enerjisi, komanda ruhu və davranışı ilə də hamının sevimlisinə çevrilib. Finala yüksələn, fərqlənmə nominasiyasına layiq görülən komandamız festivalın ən yadda qalan iştirakçılarından biri olub. Bu qürur hər birimizin qürurudur! Uğurları davamlı olsun. Fəxr edirik.
emin-emrullayev-zerdab