Zərdabın qazla təchizatında məhdudiyyət yaranıb

0
48

Zərdab rayonunun qazla təchizatında məhdudiyyət yaranıb. Bu barədə www.zerdab.com saytına rayon sakinləri məlumat veriblər. Onlar fasilələrin nə vaxtadək davam edəcəyi ilə maraqlanıblar. Saytın araşdırmaları nəticəsində məlum olub ki, fasilənin səbəbi ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyinin “Lək” və “Zərdab” qazpaylayıcı stansiyalarında aparılan təmir işləridir. Belə ki, təmir işləri ilə əlaqədar olaraq noyabrın 23-də saat 11:00-dan 18:00-dək “Lək” və “Zərdab” qazpaylayıcı stansiyalarında təbii qaz təchizatı dayandırılacaq. Təmir işləri müddətində Zərdab rayonuna və Ucar rayonunun Lək kəndinə mavi yanacağın verilişində fasilələr yaranıb.

www.zerdab.com