www.zerdab.com – 1 yaşlı Böyük

0
375

 

Sevil Gültən
Sevil Gültən

Bir – iki ay əvvəl bir tanınmış jurnalist xanım Həsən bəy Zərdabi ilə bağlı bəzi materialları axtarırdı. Mən ona www.zerdab.com saytına baxmağı məsləhət gördüm. Həmin jurnalist xanım özünə lazım olan materialları zerdab.com-da tapa bilmişdi. Mən o vaxt www.zerdab.com saytının əhəmiyyətini bir daha dərk etdim.  Bu saytda Həsən bəy Zərdabinin öz “otağı” var. Bu “otaq” da dahi həmyerlimizə aid istənilən məlumatı əldə etmək olar.

www.zerdab.com –  sanki rayonumuzun səyyar formasıdır, ev –ev gəzir. Rayonda baş verən hadisələr, tədbirlər barədə bu sayt vasitəsilə xəbər tuturuq.

www.zerdab.com – virtual Zərdabdır, doğma kənd üçün darıxanda bu saytdakı şəkillərə baxıram.

zerdab.com – rayonumuzun folklorunu yazıya köçürüb çatdırır bizə, bu yolla qoruyur  bu folkloru.

zerdab.com – uzaqda yaşayan  Zərdablıları bizimlə tanış edir.

zerdab.com – xəbərlər toplusudur, Zərdabın keçmişi, bu günü barədə məlumat almaq istəyən bu saytda istədiyini tapa  bilər.

Zərdabın  istənilən kəndi barədə məlumatı saytda tapmaq olar. Hər gün baş verən yeniliklər barədə sayt uzaqda yaşayan zərdablıları xəbərdar edir.

Hər hansı bir məlumatın, xəbərin www.zerdab.com-da çap olunmasının bir üstünlüyü ondadır ki, saytda hər bir şəxs öz  münasibətini bildirə bilər, müzakirə edə bilər.

Saytdakı bölmələrə baxanda adam inana bilmir ki, bu saytın cəmi bir yaşı var. Az vaxtda bu qədər uğur əldə etmək asan deyil.  Bu mənada mən zerdab.com-u 1 yaşlı Böyük adlanırardım.

Saytda əziyyəti olan hər bir şəxsə  bir Zərdablı kimi minnətdarlığımı bildirirəm.  Öz yazılarım vasitəsilə məni Zərdablılara daha yaxından tanıdan bu saytın kollektivini təzə il münasibəti ilə təbrik edirəm. Təzə ildə uğurlarınız daha bol olsun, əziz Zərdablılar!

Zerdab-rayonu