Oxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə göndərin.
Həsən bəy Zərdabinin xatirəsinə
Gəldim, şad gününü təbrik eyləyim,
Mənim millətimin atası babam,
Gəldim, şərəfinə nəğmələr deyim,
Elimin-obamın dühası babam.
Millətini cəhalətdən qurtarıb,
Elmə, maarifə yönəltdin hər an,
Şöhrətini yüksəklərə qaldırıb,
Çıxartdın həyatın sınaqlarından.
Ana təbiətin övladı olub,
Bağ-bağça yaratdın sən bu məkanda,
Şoran torpaqlara həyat bəxş edib,
Sən onu yaşatdın çətin zamanda.
Elmin gərək oldu bütün cahana,
Bu dünya durduqca biz də var olduq,
“Əkinçi” səs saldı Azərbaycana,
Bütün elmlərdən xəbərdar olduq.
Əritdin ömrünü millət yolunda,
Bu mənim qəlbimin ali səsidir,
Əlniyyət deyir ki, məğrur heykəlin,
Millətə bir elm abidəsidir.
Əlniyyət Əliyev, mədəniyyət işçisi.
təşəkkür Əlniyyət müəllim əla şeirdir
nihat_adiu@mail.ru
Comments are closed.