“Çox kitab oxumaqdansa,yaxşı kitabı çox oxu!”

2
125

kitab oxumaq

  Dahi həmyerlimiz Həsən bəy Zərdabi yazırdı:”Kitab bəşəriyyətin ən böyük kəşfidir”. Bu kəşfin sayəsində nələrə nail olmadıq? Kimliyimizin,millətimizin,məmləkətimizin ən dərin qatlarına enə bildik. Dünya, o cümlədən rus, həmçinin Azərbaycan klassiklərinin əsərləri ilə tanış olduq. Digər xalqların ənənələrini öyrəndikcə özümüzün üstünlüyümüzü dərk edə bildik. Kitabları oxuduqca dinimizin aliliyini, hüquqlarımızı və borclarımızı anladıq, müstəqillik uğrunda mübarizə aparan oğullarımızın şücaətini öyrəndik.
Bu günlər 90 illiyini qeyd etdiyimiz ümummilli liderimizin həyatını səhifə-səhifə “oxuyur”, yubiley tədbirlərində sevə-sevə iştirak edirik.Bir qədər əvvəl mədəniyyət işçilərinin Ulu Öndərin 90 illiyi münasibəti ilə keçirdiyi anım mərasimində mən də iştirak edirdim və orada eşitdim ki,Zərdabda möhtəşəm bir kitab bayramına hazırlıq işləri gedir.
Rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru Gülnar Məhərrəmova ilə bu marağımı bölüşərkən xanım mənə ən maraqlı faktlar söylədi: “Ümummilli liderimizin 90 illiyi münasibəti ilə Zərdab RİH Başçısının təsdiq etdiyi tədbirlər planına uyğun olaraq aprelin 27-də Zərdabda kitab bayramı keçiriləcək. Heydər Əliyev parkında təşkil ediləcək bu bayramda təkcə mərkəzi kitabxana deyil,bütün kənd kitabxanaları iştirak edərək öz layihələrini sərgiləyəcəklər. Burada dünya,o cümlədən rus, Azərbaycan klassiklərinin əsərləri, müasir Azərbaycan yazıçı və şairlərinin kitabları, “Sehirli nağıllar” seriyasından uşaq ədəbiyyatı nümayiş etdiriləcək.Elmi  məqalələr,qanunlar toplusu iştirakçılara təqdim ediləcək. Körpələr evi-uşaq bağçalarının böyük qruplarının, məktəblilərin, yeniyetmələrin, gənclərin ifasında şeirlər, kitabı təbliğ edən qiymətli fikirlərdən ibarət kompozisiyalar, rayon yazarlarının çıxışları, xüsusi qiraət nümunələri, konsert nömrələri təqdim ediləcək. Kitabı daha geniş miqyasda təbliğ etmək üçün oxucularımızın rəy və təklifləri ilə maraqlanacağıq.”
Nə gözəl, ona görə də bu son günlərdə oxucular, xüsusi ilə yeniyetmə gənclər mütaliəni əsas məşğuliyyətlərindən birinə çeviriblər. Bu, həm möhtəşəm bayrama hazırlıq, həm də oxucularımızın dünya, o cümlədən rus, Azərbaycan yazıçılarının əsərləri ilə bir görüşüdür.Yeniyetmələrimiz mütaliə yolu ilə bu bayrama hazırlaşarkən çətinlikləri olsa öz valideyinlərinin, müəllimlərinin, kitabxanaçıların seçiminə də güvənə ilərlər. Əslində bizim ədəbiyyatımız o qədər zəngin, klassiklərimizin əsərləri o qədər ibrətamiz, yazıçılarımızın  çoxu dünyalarca elə məşhurdur ki, seçimə o qədər də vaxt itirməyə dəyməz.İndi Çingiz Abdullayevi bütün dünya oxuyur.Nizamini, Füzulini, Nəsimini, Zakiri, Vaqifi, Vidadini oxuyanlar mənəviyyat xəzinəsindən ən dəyərli inci seçə bilərlər.Qoy klassiklərimizi oxuyarkən yeniyetmələrimiz tam əmin olsunlar: klassiklərimizin əsərlərində axtarsan da bir səhv tapa bilməzsən.Çünki klassiklərimiz məhz kitabların gücü ilə elmi biliklərə yiyələnə biliblər. Təsadüfi deyil ki, ziyalılarımızın çoxu klassiklərimizin fikirlərini əsas götürürər.Dünya klassiklərinə müraciət edənlərimiz də var.İnda az ziyalı tapılar ki, Viktor Hüqonun “Səfillər”ini ən azı 2-3 dəfə oxumasın.V.Şekspirə kim müraciət etməyib ki? Ədəbiyyat aləmi ilə maraqlananlar T.Drayzerin “Dahi”sini, L.Tolstoyun “Hərb və Sülh”ünü yəqin ki, tez-tez vərəqləyirlər.Bütövlükdə türk aləmini nəzərdən keçirsək görərik ki,hətta müharibədə iştirak etdiyi günlərdə belə Mustafa Kamal Atatürk R.N.Güntəkinin “Çalı quşu” romanından 5-6 səhifə oxuyarmış.Ulu Öndərimiz Cəlil Məmmədquluzadənin əsərlərini çox sevərmiş.Biz nədən bu gün Cəlil Məmmədquluzadəni oxumayaq?Bir halda ki, hər dəfə oxuyanda yeni bir şey öyrənirik onda niyə təkrar oxumayaq?
Bir müdrikdən eşitdiyim tövsiyə məni həmişə düzgün mütaliəyə istiqamətləndirib.Həmin professor deyir ki: “Çox kitab oxumaqdansa, yaxşı kitabı çox oxu!”. Əziz yeniyetmələr, inanın ki, bu zaman gözlədiyimiz kitab bayramında daha yüksək bilik nümayiş etdirəcəksiniz.

Müəllif: Tərlan Abdullayeva, “Əkinçi”nin müxbiri.

2 ŞƏRH

  1. İlk öncə Tərlan xanıma yazıya görə təşəkkürümü bildirir, uğurlar arzulayıra.
    Hörmətli Nicat müəllim, sizə isə saytın yeni formatı ilə bağlı bir daha ən xoş arzularımı və uğurlar arzulayıram. Əgər səmimi qəbul edərsinizsə müəyyən qeydlərimi bildirmək istəyirəm.
    1. Şəkillər sıxılmış, yığılmış vəziyyətdədir. Onları açsanız əsl vəziyyətlərini alar.
    2. Əvvəl qonaqlarımız və əlaqə bölməsi çox düzgün olaraq var idi. Təəssüf ki, indi yoxdur. Düşünürəm ki, bu da sayta yazılı müraciət üçün müəyyən problemlər yaradır. Şəxsən mən çətinlik çəkirəm. Çox yaxşı olardı ki, bu bölmələri yenidən bərpa edərdiniz.
    3. Bölmələrdəki bütün sözləri azərbaycan dilində yazsanız daha düzgün səslənər – məsələn Anasayfa deyil, Ana səhifə.
    4. Mən sizə bir yazı göndərmişəm. Ola bilsin ki, yazı xoşunuza gəlməyib. Bəlkə də saytda yerləşdirilsə birmənalı qarşılanmayacaq. Bəlkə də yüksək qarşılanacaq. Ancaq inanın ki, bütün ürəyimlə yazdığım, hər cümləsini belə düşüncə məhsulum deyil, tam qəlbimdən gələn hisslərimi sevə-sevə əks etdirdiyim bu yazını saytda yerləşdirməməyiniz məni çox üzür, əməkdaşlığımızla bağlı bütün həvəsimi heçə endirir. Xahiş edirəm məsləhətdirsə həmin yazını saytda yerləşdirin, yaxud da mənə yerləşdirməməyinizin səbəbini səmimi olaraq bildirin. İxtiyar sizindir. Təşəkkür edirəm. Dərin hörmətlə Qurban Süleymanov

  2. Şamil müellim, Sizin yazınız inşallah, bu axşam saytımızda yayımlanacaq. Gecikmeye göre üzr isteyirik.

Comments are closed.