Kol dibindən çıx, bənövşəm

0
95

zerdab rayonuOxucuların istək və müraciətlərini nəzərə alaraq, www.zerdab.com saytı daha bir yeniliyə imza atır. Belə ki, saytımız rayonumuzun qələm əhlinin yazıb yaratdıqlarını oxuculara təqdim edir. Əgər sizin də şerləriniz varsa, bizə göndərin.

Kol dibindən çıx, bənövşəm

Nədən belə yozulmusan?
Taleyi kəm yazılmısan.
Kol dibində qısılmısan,
Boylan, mənə bax, bənövşəm!

 

Utancaqsan niyə belə?
Nola bir yol üzün gülə,
Həsrətini gətir dilə,
Həyanınmı yox, bənövşəm?

Bəs, nə olub, axı sənə?
İsti ikən donur sinə.
Bəlkə elə de, köksünə,
Kimsə sancıb ox, bənövşəm!

De, kim pozub əhvalını,
Kaş, tanıyam zavalını,
Görüb sənin bu halını,
Narahatam çox, bənövşəm.

Adam var, öz aləmində,
Öz kefində, öz nəfində.
Heç soruşmaz, kol dibində
Ya acsan, ya tox bənövşəm?

Səninlə bir cücərənlər,
Boy atıbdı, ucalıbdı…
Kol dibində gizlənənlər,
Bilsən, yaman çoxalıbdı,
Kol dibindən çıx, bənövşəm!…

Mübariz Səfiyaroğlu, Zərdab