İlk təbiətşünas alimimiz-Həsən bəy Zərdabi

0
Həsən Bəy Zərdabi muzeyi

louis vuitton sex and the city http://afcmarseille.com/porn/milf-like-young Həsən Bəy Zərdabi muzeyiHəsən bəy Zərdabinin bu sahədəki fəaliyyəti də heyrətamiz dərəcədə maraqlıdır

Onun taleyinə gerçəkdən çoxsaylı ilklər yazılıb. Bu titulları qazanmaq şərəf olduğu qədər də çətin, dövrü üçün məsuliyyətli və riskli idi. Söhbət adı uzun illərdən bəri dillər əzbərinə çevrilmiş, özündən sonra böyük və davamlı bir ənənənin əsasını qoymuş Həsən bəy Zərdabidən gedir.
XIX əsrin II yarısı-XX əsrin əvvəllərində yaşayıb yaratmış Azərbaycan milli mətbuatının banisi, çoxcəhətli fəaliyyətinə görə diqqəti cəlb edən maarifçi, filosof, publisist və pedaqoq Həsən bəy Zərdabi eyni zamanda Azərbaycanın ilk təbiətşünas alimidir.

go to site Həsən bəy Zərdabi (Məlikov) Azərbaycanın görkəmli ziyalısı, Moskva Universitetini namizədlik diplomu ilə bitirən ilk müsəlman məzunu, Azərbaycanın ilk universitet təhsilli və Bakı Gimnaziyasının ilk müsəlman müəllimi, islam dünyasının ilk təbiətşünas alimi, təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində islam xeyriyyəçilik hərəkatının banisi (“Cəmiyyəti-Xeyriyyə”, 1872), hələ 1873-cü ildə öz şagirdləri ilə birlikdə Bakıda Azərbaycan dilində ilk teatr tamaşası göstərən mədəniyyət xadimi, Azərbaycan mətbuatının banisi və Rusiyada ilk turkdilli qəzet – “Əkinçi”nin naşiri (1875), Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.

Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. Təxəllüsünü də elə doğulduğu kənddən götürən Həsən bəy ilk təhsilini Azərbaycanda alıb. Daha sonra Tiflis Gimnaziyasına daxil olaraq, 1860-cı ildə oranı müvəffəqiyyətlə bitirib. 1861-ci ildə Moskva Universitetinin Təbiətşünaslıq şöbəsinə imtahansız qəbul edilib. 1965-ci ildə Təbiət-riyaziyyat fakültəsini bitirən H.B.Zərdabiyə universitetin Elmi Şurası nümunəvi əxlaqı və əla müvəffəqiyyətinə görə elmlər namizədi alimlik dərəcəsi verib. Oxuduğu müddətdə tələbələr arasında xüsusi seçildiyinə və fakültəni əla qiymətlərlə bitirdiyinə görə universitetdə saxlanılsa da, xalqına, millətinə xidmət etmək arzusu onun Azərbaycana dönməsinə səbəb olub. Bakıya gələrək burada orta məktəbdə təbiətdən rusca dərs deməyə başlayıb.

Şübhəsiz ki, çoxşaxəli işlər görən Həsən bəyin millət və Vətən qarşısında ən böyük xidməti milli mətbuatımızın əsasını qoyduğu “Əkinçi” qəzeti və onun məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu barədə dəfələrlə yazıldığına və deyildiyinə görə onun üzərində çox dayanmağa lüzum görmürük, ancaq qeyd etmək yerinə düşər ki, 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla (cəmi 56 nömrə) nəşr olunurdu. Burada ictimai-siyası məsələlərlə yanaşı, elmi fikirlərə də geniş yer ayrılmışdı: qəzetdə elmin müxtəlif sahələrini əhatə edən bölmələr açılmışdı. Azərbaycanın işıqlı ziyalıları ilə bərabər, naşir özü də qəzetdə maarifçilik ruhlu məqalələri ilə mütəmadi çıxış edirdi. “Əkinçi” bağlandıqdan sonra Həsən bəy yaradıcılıq fəaliyyətini o dövrdə mövcud olan digər nəşrlərdə davam etdirir. Belə ki, 1880-1890-cı illərdə naşirin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Novoye obozreniye” və s. qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri çap olunur. Qeyd etmək lazımdır ki, ölkəmizdə ilk təbiətşünas alim olan Həsən bəy Zərdabi 1875-ci ildə “Əkinçi” qəzetinin 1, 4, 8-ci, 1876-cı ildə 26-cı saylarında və 1899-cu il “Kaspi” qəzetinin 172-ci sayında torpaqşünaslığın əsas müddəaları və əkinçilik mədəniyyəti haqqında ətraflı məlumatlar vermiş, torpağın xışla deyil, kotanla şumlanmasını təklif etmişdir.

Qeyd etdiyimiz kimi, ensiklopedik biliyə malik olan Həsən bəy biologiya, aqrokimya, baytarlıq, anatomiya, meyvəçilik, coğrafiya, astronomiya, iqtisadiyyat, tibb və başqa sahələri əhatə edən elmi istiqamətli çoxlu məqalələr yazmışdır. Xüsusilə qeyd etmək lazımdır ki, ekologiyanın fundamental sahələrindən biri olan torpaqşünaslıq elminin Azərbaycanda əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuşdur. O, torpaqşünaslıq elminin banilərindən olan V.V.Dokuçayevdən 8 il əvvəl – 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini izah etmiş və bu prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat fəaliyyətinin rolunu göstərmişdir. Həsən bəy Zərdabi 1875-1877-ci illərdə rəhbərlik etdiyi “Əkinçi” qəzetində və 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin artırılması və su təminatı haqqında qiymətli fikirlər söyləmişdir. O, torpağı təbii sərvət kimi qiymətləndirmiş, ona bol kənd təsərrüfatı məhsullarının mənbəyi kimi baxmış, torpaqdakı bəzi duzların bitki üçün zəruri olması ilə bərabər, zərərli duzlarla zəngin torpağı “şoran torpaqlar” adlandırmışdır. Torpağın keyfiyyətini tərkibinə görə (mineral duzlar, mikroelementlər, çürüntülük dərəcəsi) elmi səviyyədə izah etmiş, torpaqəmələgəlmə prosesində bir sıra amillərin rolunu düzgün qiymətləndirmişdir. Həsən bəy Zərdabi kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən bir sıra elmi-kütləvi məqalə nəşr etdirmişdir ki, onların çoxu bu gün də öz aktuallığını saxlayır.

Zərdabiyə görə, canlı və cansız təbiətdə qarşılıqlı əlaqə və asılılıq mövcuddur. “Təbəddülati həvaiyyənin heyvanlarda hiss olunması” adlı məqaləsində o, mühitin müxtəlif amillərinin canlılara təsirindən bəhs edərək yazırdı: “Orqanizm uzun müddət yaşadığı mühit şəraitinə – temperatur, rütubət, iqlim və s. kimi amillərin təsirinə alışır, onda baş verən dəyişiklikləri duya bilir”.

Həsən bəy Zərdabi “Kaspi” qəzetində (1900-cu il, N 21) nəşr etdiyi “İnsanın həyatında işıq” adlı məqaləsində yazır: “Günəş işığı, təmiz hava və təmiz su – bunlar həmin amillərdir ki, onsuz Yer üzərində həyat ola bilməz, həm də bunlar təbiətin sağlamlaşdırıcı qüvvələrdir”. Canlılar üçün vacib olan bu amillərin əhəmiyyətini qabarıq təsvir edən Zərdabi bitkilərin və digər canlıların işıqsız inkişaf edə bilmədiyini göstərməklə yanaşı, qeyd edir ki, rüşeymin inkişafı, heyvanın böyüməsi məhz işığın təsiri ilə mümkün olur. O, həmçinin günəş spektrinin müalicəvi xassəsindən bəhs edib.
Zərdabi insanın həyatında yaşıllığın və meşələrin əhəmiyyətini yüksək dəyərləndirirdi. Azərbaycanın müasir ekoloji problemlərindən biri olan meşələrin qırılması hələ XIX əsrin II yarısında naturalist filosofu narahat edirdi: “Vilayətimizin ab-havasının dəyişməsinə səbəb meşələrin azalması olduğundan gərək təzədən meşə salaq”. Onun fikrincə, meşə sahələrinin və müxtəlif ağacların azalması iqlimi qeyri-sabit edir, istidən soyuğa və əksinə keçidlər kəskin olur, qışı məşəqqətli, qarsız, yayı boğanaq, quru edir, yağış az yağır, quraqlıq artır, buna görə yer daha artıq quruyur, vaxtilə torpağı bütün il ərzində örtən otlar artıq qısa bir müddət ərzində meydana çıxır, qalan vaxtlarda isə çılpaq qalır, quruyur. “Yanmış, adamsız Muğan, Mil, Kürdəmir çöllərində meşələrə böyük ehtiyac vardır. Hətta nabələd adam da başa düşər ki, burda iqlimi yaxşılaşdırmaq, torpağı rütubətləşdirmək və sair üçün meşə salınması nə qədər yaxşı olardı”. O, iqlim dəyişilmələri, xüsusilə havaların kəskin istiləşməsinə səbəb kimi meşələrin sürətlə azalmasını göstərmişdir. Bununla əlaqədar Bakı şəhərinin yaşıllaşdırılması və bölgələrdə yeni meşələrin salınması barədə təklifllər vermişdir.

Zərdabi əsərlərində daim təbiət sirlərinin öyrənilməsini təbliğ etmiş, insanları təbiətdən ibrət almağa çağırmışdır: “Təbiət elə bir xəzinədir ki, burda insanlar üçün nə qədər istəsən, ibrətamiz və faydalı şeylər vardır”. O, təbiətə nankor münasibəti pisləyərək, bunu yırtıcılıq adlandırırdı: “Mədəniyyətsiz adam bir yırtıcı kimi təbiətin verdiyi nemətləri məhv edir və sonra oturub acı göz yaşları axıdır”.

Zərdabi zoologiyaya aid məqalələrində heyvanların bioekoloji xüsusiyyətlərini elmi baxımdan düzgün izah etmiş, ətraflı məlumat vermişdir. O, zoologiyaya dair yazdığı məqalələrinin birində süni balıqyetişdirmə məsələsinə toxunaraq, bu üsulla “balıqdan məhrum olan çaylarımızın süni artırılan balıqlarla və onların nəsillərilə yenidən dolacağı vaxtın çox da uzaq olmadığını” deməklə təbii sərvətlərin tükənməsindən narahatlığını bildirmişdir.

Talan edilən təbii nemətlərə balıq sərvətini də daxil edən Zərdabi sularımızda balıqların ildən-ilə azalmasını qeyd edərək, bunun səbəbini ovun rasional tətbiq edilməməsində görür.

Zərdabinin elmi irsində biologiya və kənd təsərrüfatı, o cümlədən ətraf mühitə münasibət başlıca yer tutur. Təsadüfi deyildir ki, naşiri olduğu “Əkinçi” qəzetində açdığı “Elmi xəbərlər” bölməsində elm və texnikanın, xüsusən də təbiətşünaslığın əldə etdiyi nailiyyətlərə, “Əkin və ziraət xəbərləri” bölməsində isə əkinçilik və maldarlığın inkişaf etdirilməsinə, kənt təsərrüfatı məhsullarının artırılmasına, bitkilərin becərilməsi və zərərvericilərdən qorunmasına, kənd təsərrüfatı alətlərinin yaxşılaşdırılması və təkmilləşdirilməsinə dair ardıcıl məqalələr dərc olunurdu. Bundan başqa, onun “Həyat”, “Kaspi” qəzetlərində, “Dəbistan” jurnalında, “Məktəb” məcmuəsində çap etdirdiyi elmi-kütləvi məqalələrin bir çoxu məhz ətraf mühitin öyrənilməsi, təbliği və qorunması ilə bağlı olmuşdur.

Oeyd etmək lazımdır ki, Həsən bəy həm də Azərbaycanda ilk darvinçi-təkamülçü alim kimi tanınır. Onun təkamül təlimi ilə bağlı “Təbii seçmə” və “İnsanın mənşəyi” adlı məqalələri bu gün də aktuallığını saxlayır. Azərbaycanda materialist təbiətşünaslığın əsasını qoymuş, üzvi aləmə uzun sürən tarixi inkişafın məhsulu kimi baxmış və bu prosesdə təbii seçmənin yaradıcı roluna düzgün qiymət vermişdir. O, məhz buna görə, Ç.Darvinin ardıcıllarından biri kimi tanınmışdır. Zərdabi kainatda əbədi hərəkət və dəyişkənlik fikrini qəbul etmiş, insanın təbiəti dərk və onu özünə tabe etmək qüdrətinə malik olduğunu göstərmişdir. O, varlıq anlayışına qeyri-üzvi təbiətlə yanaşı, üzvi təbiəti və onun yüksək forması olan insanı da daxil edirdi. Zərdabiyə görə, təbiət “öz varlığında əzəldir, əbədi xəzinədir”.

Ümümilikdə Həsən Bəy Zərdabinin elmi-ekoloji fikirləri onun təbiətə aid “Torpaq, su və hava”, “Quyruq doğdu, çilə çıxdı”, “Qan nə tövr bədəndə dövr edir”, “Xörək yemək, su içmək”, “Nəfəs almaq”, “İnsan bədəninin hissələri”, “Həvasi – xəmsə”, “İnsanın doğub törəməyi” və s. kimi əsərlərində əksini tapıb. Qeyd edək ki, alimin “Torpaq, su və hava” əsərləri kitab şəklində “Kiyev islam tələbələri nəşriyyatı heyəti” tərəfindən 1912-ci ildə nəşr edilib. 72 səhifədən ibarət olan bu əsər kimya, geologiya, coğrafiya, mineralogiya, astronomiya və paleontologiyadan bəhs edir. “Kiyev islam tələbələri nəşriyyatı heyəti” tərəfindən çap olunan “Gigiyena” adlı başqa bir əsərində isə alim həyat tərzi ilə əlaqədar tibbi məsləhətlər verir, düzgün qidalanmanın vacibliyini bildirir, əhalinin sağlamlığına yönəlmiş digər gigiyenik tələblər haqqında məlimatları çatdırır.

Göründüyü kimi, ətraf mühitin müxtəlif problemlərinə münasibət bildirərək çoxlu sayda qiymətli fikir söyləyən Zərdabi təbiətlə bağlı elə bir sahə yoxdur ki, ora müdaxilə etməsin. Onun bütün ideya və fikirləri elmi-nəzəri cəhətdən əsaslandırılaraq, çox halda praktikaya söykənirdi.

Azərbaycan naminə ömrünü şam təki əridən böyük vətəndaş ziyalı, maarifpərvər, təbiətşünas alim, filosof, ictimai xadim, milli mətbuatımızın qurucusu, eyni təqvim günündə təvəllüd tapan (28 iyun 1837) və vəfat edən (28 noyabr 1907) Həsən bəy Zərdabinin xatirəsi xalqımızın qəlbində yaşayır və unudulmur. Onun tədqiqat və tövsiyyə xarakterli elmi yaradıcılığı daim Azərbaycan elminin diqqət mərkəzində olub. Maarifpərvər və təbiətşünas alimin adına mükafat təsis edilmiş, yaradıcılıq fəaliyyəti dəfələrlə təqdiqata cəlb olunmuş, haqqında çoxsaylı elmi məqalələr və monoqrafiyalar, dissertasiyalar (H.Fərzəlibəyov, M.Axundov, X.Həsənov, F.Qasımzadə, Z.Məmmədov, İ.Rüstəmov, Q.Mustafayev və A.Məmmədov və b.) yazılmışdır. Doğru olaraq, Azərbaycan Təbiət Tarixi Muzeyinə və Gəncə Pedaqoji İnstitutuna Həsən bəy Zərdabinin adı verilib.

anal latex bondage Yusif DİRİLİ

Şərh yaz

Please enter your comment!
Please enter your name here