Zərdabda silsilə oğurluq edən şəxslər saxlanılıb – Açıqlama

0
zerdab-rayon-polis-sobesi

Zərdab rayonunda silsilə oğurluq törədən dəstə zərərsizləşdirilib. 

Zerdab.com saytı “Report”a istinadən xəbər verir ki, bu barədə Zərdab Rayon Polis Şöbəsindən məlumat verilib.   

Belə ki, aprelin 24-də Akif Qüdrət oğlu İbrahimova məxsus Zərdab şəhəri Zərdabi küçəsi, ev 4 ünvanında yerləşən evdən 1 ədəd peyk antenası aparatı, 1 ədəd DVD aparatı, 1 ədəd tozsoran və 1 ədəd nərd oğurlanıb. Bundan başqa, aprelin 23-də Nazim Səfəralı oğlu Eyvazovun dəyəri 120 manat olan bir baş quzusu da aparılıb. 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisələri şəhər sakinləri Rüfət Müşfiq oğlu Mənsimli ilə Ədalət Amin oğlu Məhəmmədlinin əlbir olub qrup təşkil edərək oğurladıqları məlum olub.

Eyni zamanda R.Mənsimlinin Zərdab şəhəri 20 Yanvar küçəsi ev 5 ünvanında yaşayan Eldəniz İsmayıl oğlu İsmayılova məxsus 3 ədəd elektrik tənzimləyicisini, 1 ədəd su daşını, 1 ədəd peyk antenası aparatını, 1 ədəd sərinkeşi və 1 ədəd balıq tilovunu və Zərdab şəhər 20 Yanvar küçəsi ev 3 ünvanında yaşayan Elşad Seyid oğlu Əsədova məxsus 1 ədəd somavarı oğurladığı ortaya çıxıb. 

Həmin əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb, R.Mənsimli və Ə.Məhəmmədli şübhəli şəxs qismində tutulub, onların digər analoji cinayət əməllərini törədib-törətməmələri araşdırılır. 

Faktla bağlı Cinayət Məcəlləsinin  177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

nineteen − 11 =