Ədliyyə naziri Zərdab sakinləri ilə də görüşəcək

0
43

Fikrət MəmmədovƏdliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyunun 11-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Zərdabda yaşayan vətəndaşların da ədliyyə, məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.

Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Göyçay regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.