Havadan asılı Yer kürəsində
Bu gündən sabaha etibar yoxkən,
Çoxları cah-cəlal, var həvəsində,
Haram əməllərdən çəkinmir nədən?
***
Halalla haramın fərqi görünmür,
Sonadək bu yükü daşımaq olmaz,
Nə yaxşı, bazarda satılmır ömür,
Yoxsa, kasıblara o da tapılmaz.
***
Yaradan, hər kəsə bir qismət verib,
Dünyada hər şeyin öz sahibi var,
Özgə ağacının barını dərib,
Cəzasın çəkmədən yeməkmi olar?
***
Bilən yox, başına nələr gələcək,
Dünyadan köçəcək kim nə şəkildlə,
Bircə başdaşına baxan görəcək,
Doğulub bu ildə, ölüb bu ildə…
Asif YUSİFCANLI, Zərdabda məskunlaşan ağdamlı müəllim.