Zərdab əmək yarmarkası keçiriləcək

0
32

əmək yarmarkasıZərdab rayonunda əmək yarmarkası keçiriləcək. Zerdab.com saytına verilən məlumata görə, bununla əlaqədar Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev sərəncam imzalayıb. Sənədə əsasən, Zərdab rayonunda əhalinin məşğulluq səviyyəsinin artırılması məqsədi ilə sentyabrın 19-da əmək yarmarkası keçiriləcək. Bununla əlaqədar İşçi qrupu da yaradılıb və üzvləri müəyyənləşdirilib. Əmək yarmarkası Zərdab Rayon Mədəniyyət və Turizm Şöbəsinin binasında keçiriləcək.

Qeyd edək ki, “Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın hər iki mərhələsinin icrası ilə əlaqədar rayonumuzda ümumilikdə 6973, o cümlədən 2013-cü ilin birinci yarısında 224 yeni iş yerinin açıldığı bildirilir.

Zerdab.com