Zərdab rayonu üzrə ümumi seçici fəallığı 74,55 faiz olub

0
40
Zerdab-UcarZerdab.com saytının xəbərinə görə, Zərdab rayonu üzrə ümumi seçici fəallığı 74,55 faiz olub.
Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb. Zerdab.com saytının məlumatına görə, MSK sədri Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 milyon 720 min 643 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevin seçkilərdə qələbə qazanması münasibətilə YAP-ın mənzil qərargahı qarşısında konsert proqramı keçirib. Partiyanın Sədr müavini, icra katibi Əli Əhmədov deyib ki, Azərbaycan xalqı gələcəyinə səs verərək İlham Əliyev qalib etdi: “Bununla da Azərbaycan xalqı növbəti inkişaf yolunu seçdi”.

Qeyd edək ki, Azərbaycanda keçirilən prezident seçkilərində “exit-poll” keçirən şirkətlərin hamısı verdiyi açıqlamalarda İlham Əliyev böyük səs üstünlüyü ilə qalib gəldiyini bildiriblər.