Əli Əhmədov: “İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanıb”

1
31
Prezident İlham ƏliyevYeni Azərbaycan Partiyasının (YAP) qərargahında bu gün keçirilən prezident seçkiləri ilə bağlı mətbuat konfransı keçirilib.

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov bildirib ki, saat 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatıb və seçkilər baş tutmuş hesab edilir.

O qeyd edib ki, ilkin məlumatlara əsasən, YAP lideri İlham Əliyev növbəti dəfə qələbə çalıb: “Xalqın dəstəyi sayəsində İlham Əliyev növbəti beş ildə də Azərbaycana rəhbərlik edəcək. Keçirilən “exit poll”arın nəticələrinə əsasən də, İlham Əliyev seçicilərin 83%-dən çoxunun səsini qazanıb. Ümid edirik ki, yaxın vaxtlarda Mərkəzi Seçki Komissiyası da nəticələri gecikdirməyib elan edəcək”.

Ə. Əhmədov onu da qeyd edib ki, ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 70%-dən çoxu iştirak edib.YAP Zərdab rayon təşkilatı

“Azərbaycanda keçirilən prezident seçkilərinə beynəlxalq təşkilatlar tərəfindən ciddi maraq olub. Bu dəfə dünyanın 100 ölkəsini təmsil edən 1400-ə yaxın beynəlxalq müşahidəçi seçkilərin gedişini izləyib”,- deyə qeyd edən Əli Əhmədov bildirib ki, seçki kampaniyası dövründə YAP tərəfindən 2500-dən çox müxtəlif səviyyəli tədbir keçirilib və bu tədbirlərdə 2 milyondan çox seçici iştirak edib: “Çoxsaylı müşahidəçilərin məlumatları təsdiq edir ki, İlham Əliyev bu seçkilərdə böyük və inamlı qələbə qazanıb. Bu qələbənin kökündə son beş ildə Azərbaycanda həyata keçirilmiş nəhəng layihələr, böyük işlər və əzəmətli nailiyyətlər dayanır. Qarşıdakı dövrdə ötən illərdə həyata keçirilmiş siyasət davam etdiriləcək və bu, Azərbaycana daha böyük uğurlar qazandıracaq”.

YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov bildirib ki, həqiqət artıq göz qabağındandır ki, xalq İlham Əliyevin yanındadır: “Əlbəttə, bütün iddialarla bağlı Mərkəzi Seçki Komissiyası araşdırma aparacaq. Amma qanundan kənar istənilən halların qarşısı alınacaq. Reallıq ondan ibarətdir ki, Azərbaycan xalqı bir daha sübut etdi ki İlham Əliyevlədir”.

YAP Zərdab rayon təşkilatıÇallı kəndiYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıZerdabZərdab rayonuZərdab rayonuYeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon TəşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıZərdabZərdabZerdabZərdab rayonuZərdab rayonuZərdab rayonuZerdabZerdabZərdab rayonuYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıÇallı kəndiYAP Zərdab rayon təşkilatıYAP Zərdab rayon təşkilatıSeçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüşSeçicilərlə görüş

1 comment

  1. gozun aydin azerbaycan vetenin ovladi xalqin ovladi Ilham Aliyev yeniden prezdent oldu tebrikler

Comments are closed.