Gəlmə kənd tam orta məktəbinin şagirdləri ölkə üzrə ikinci oldular

0
44

Gelme kendiMirzə Fətəli Axundov adına Zərdab rayonu Gəlmə kənd tam orta məktəbi daha bir uğura imza atıb. Bu barədə Zerdab.com saytına məktəbin direktoru Gülağa İsgəndərov məlumat verib. Onun sözlərinə görə, məktəbin şagirdləri 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş respublika ümumtəhsil məktəbliləri arasında keçirilmiş stolüstü tennis idman növü üzrə açıq birincilikdə oğlanlar arasında II yeri tutublar. Məktəbin şagirdləri bu münasibətlə diplom, kubok və medallarla təltif ediliblər. Təbrik edirik.

Zerdab.com

Gelme kendi Gelme kendi3 Gelme kendiGelme kendi