Zərdab rayon Burunlu kənd sakini 32 yaşlı Rafiq Qurbanov evlərində saxladığı təklülə, yəni 16 kalibrli ov tüfəngi ilə özünə xəsarət yetirib. Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılan yaralının vəziyyəti ağır olduğundan dərhal əməliyyat edilib. Yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Rafiq Qurbanov valideynləri rəhmətə gedən sonra 51 yaşlı bacısı Gülnarə Qurbanova ilə birgə yaşayır. Həmin şəxsin subay və işsiz olduğu, maddi çətinlik içində yaşadığı bildirilir. Hadisə günü spirtli içki içdiyini və özünə qəsd etdiyi iddia edilir. Ağır vəziyyətdə olan yaralı belə deyib: “Həyatımdan bezmişəm”.
Hazırda faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.
Xəbərin videosuna baxmaq üçün aşağıdakı linkə daxil olun:
http://www.apa.tv/video/3796









allah komek olsun amim
Comments are closed.