Qəbələnin “Qebele.org” saytı fəaliyyətə başlayır

1
147

Qebele.orgAzərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonunu təmsil edən yeni sayt istifadəyə verilib. Saytın Qəbələ rayonunun ictimai və siyasi həyatının işıqlandırılmasında böyük əhəmiyyəti olacaq. Saytda “Xəbərlər”, “Bölgə xəbərləri”, “Kəndlər” və digər bölmələr fəaliyyət göstərir. Gələcəkdə “Gündəm”, “Təhsil”, “İncəsənət”, “Elm” və digər bölmələr də açılacaq.

Ümumilikdə saytda Qəbələ rayonuna aid təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm, sahibkarlıq və digər sahələrə aid ən son xəbərləri izləmək mümkün olacaq. Bildiyiniz kimi, Qəbələ hazırda Azərbaycanın ən sürətlə inkişaf edən rayonlarından biridir. Qebele.org saytı da bu inkişafla ayaqlaşacaq və dünyanın harasında yaşamasından asılı olmayaraq, bu rayonla maraqlanan insanları məlumatlandıracaq. Saytda qədim Qəbələnin tarixi barədə maraqlı yazılar, aparılan araşdırmalar da yayımlanacaq. Qəbələ həm də ölkəmizin turizm bölgələrindən biridir. Odur ki, Qebele.org-da “Turizm” bölgəsi də fəaliyyət göstərəcək. Bölmədə Qəbələdəki otellər, restoranlar, istirahət mərkəzləri, əyləncə kompleksləri barədə məlumatlar yer alacaq, bu barədə ətraflı məlumat veriləcək. Saytda xəbərlər həm yazılı, həm də video şəklində yayımlanacaq.

 

1 comment

  1. Nicat muellim,Zerdab.com saytinin “ayagi” duserli oldu,artiq diger regionlarin da resmi saytlari fealiyyete baslayir.Buna baxmayaraq,bu isin pioneri sizsiniz.

Comments are closed.