Həsən bəy Zərdabi Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir – FOTO

1
195

Həsən bəy Zərdabi MuzeyiZərdab rayon Həsən bəy Zərdabi Muzeyində 20 Yanvar faciəsi ilə əlaqədar “Ölümün məğlub olduğu gün” adlı “dəyirmi masa” keçirilib. Zerdab.com saytına Zərdab rayon Həsən bəy Zərdabi Muzeyindən verilən məlumata görə, tədbirdə 20 Yanvar şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə muzeyin əməkdaşı Tavad Qurbanova “20 yanvar- Şərəf və  Qürur günüdür” mövzusunda çıxış  edərək, bu  günün xalqımız üçün qürur mənbəyi olduğunu bildirdi. Muzeyin fond mühafizi Tamilla Məmmədova, Mədəniyyət Evinin işçisi Sevinc Musayeva çıxış edərək bu günün heç  vaxt unudulmayacağını, xalqımızın apardığı Milli Azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə əbədi həkk olunduğunu qeyd etdilər. Tədbirdə şəhər 1 saylı  orta məktəbin VI c sinif şagirdləri və Gəlmə kənd orta məktəbinin V sinif şagirdləri də çıxış ediblər.

Zerdab.com

Həsən bəy Zərdabi Muzeyi

 

1 comment

  1. Allah bütün, eləcə də 20 Yanvar şəhidlərimizə rəhmət etsin! Onların əziz ruhları qarşısında baş əyirəm.

Comments are closed.