Qoruqbağı kəndində heyvanların qırılması xəbəri ölkə mediasında

0
158

ZerdabZərdab rayonunun Qoruqbağı kəndində heyvanlar arasında naməlum xəstəlik yayılması barədə Zerdab.com saytında xəbər vermişdik. Bildirmişdik ki, artıq bir neçə heyvan bu xəstəlikdən tələf olub. Bu xəbər ötən gün ölkə mətbuatında böyük əks-səda doğurub. Belə ki, bu barədə xəbər ölkəmizin tanınmış, oxunaqlı saytlarında yayımlanıb, bir neçə qəzetin isə bugünkü sayında dərc olunub. Xəstəliklə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin şöbə müdiri Yolçu Xanvəli açıqlama verib, məsələyə aydınlıq gətirib. O bildirib ki, Zərdab rayonunda heyvanlar arasında yayılmış bu xəstəliyin adı “Nodulyar dermatit”dir. Yolçu Xanvəli həmçinin əlavə edib ki, Zərdabda qeydə alınan xəstəliklə bağlı artıq ərazi üzrə baytarlıq xidmətinə məlumat verilib: “Hazırda əraziyə baxış keçirilir. Əgər tələfat faktları təsdiq edilərsə, heyvanların cəsədlərindən nümunələr götürülərək araşdırılacaq”.

Y. Xanvəli qeyd edib ki, bu xəstəlik ilk olaraq İran və Türkiyədə müşahidə olunub və Azərbaycana da bu qonşu ölkələrdən keçib: “Bu xəstəlik xüsusilə həşəratlar vasitəsi ilə heyvanlara keçir. Yalnız iribuynuzlu heyvanlarda müşahidə olunan xəstəlik düzgün müalicə aparıldığı təqdirdə tələfatla nəticələnmir”.

Qeyd edək ki, hadisə ilə bağlı Zerdab.com saytında məlumat yayılandan sonra Zərdab Rayon Baytarlıq İdarəsinin əməkdaşları da kəndə gələrək araşdırma aparıb, ölmüş heyvanların cəsədləri götürülüb.

Sonda xəbərin yer aldığı qəzetlərin, saytların fotolarını təqdim edirik.

Zerdab.comZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdabZerdab