Ölümdən qorxmamaq üçün

0
43
İsaqbağı
İsaqbağı kənd məscidi

Bir nəfər Mövlananın yanına gəlir və deyir ki, ölümdən çox qorxur, bu qorxunu onun qəlbindən çıxarmaq üçün bir tədbir görsün. Mövlana da onun bu istəyini təbəssümlə qarşılayır və belə deyir:

– Kim haranı abad edibsə, orada oturmaq istər, haranı da bərbad edibsə, ora getmək istəməz. Sən bu dünya həyatında dünyanı düşünmüsən, axirətini düşünməmisən, dünyanı abad elədiyin halda, axirətini bərbad eləmisən. Ona görə də bu gün sənin üçün abad olan bu dünyadan qopub yenə sənin üçün bərbad olan axirətinə getməkdən qorxursan.

– Bəs axirətimi abad eləmək üçün neyləməliyəm?

– Allah-Təalanın əmrlərini yerinə yetirməlisən, insanlara qarşı xeyirxah olmalısan, könlünü, ruhunu gözəlləşdirməlisən, nəfsinin istəklərinə əsir olmamalısan, Allahın rizasını sənə qazandıracaq əməllər işləməlisən.