
İctimai Birliyin Zərdab rayonu Gənclər və İdman İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan yeni və fərqli formatda intellektual oyun layihəsi “İntellektual Klub”un ilk layihəsi olacaq.
qhtxeber.az-ın məlumatına görə, əsas məqsədi gənclərdə intellektual savadın inkişaf etdirilməsi, bununla yanaşı, onlarda strategiya qurmaq və natiqlik qabiliyyətinin inkişaf etdirilməsini hədəf alan sözügedən layihə ilə bağlı tədbir baş tutub. Tədbirdə layihə barədə ətraflı müzakirələr aparılıb və layihənin daha da təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi qərarı qəbul olunub.
Zərdab rayon Gənclər və İdman İdarəsi ilə birlikdə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin reallaşması nəzərdə tutulan bu layihənin pilot olaraq Zərdab rayonunda inkişaf etdirilməsi məqsədi ilə həriki tərəf arasında razılıq əldə olunub.