Korun şükrü

0
56
Günəş
Foto Zərdab ərazisində çəkilib

Mövlananın məşhur məsəllərindən birində deyilir ki, gözləri görməyən, yerindən tərpənə bilməyən, əli tutmayan, insanaların qayğısına möhtac birisi belə dua edirmiş: “Ey padşahlara, sultanlara vermədiyi nemətləri bu bəndəsinə verən Allahım, sənə yer üzündəki bütün qum dənələrinin, bütün ağacların yarpaqlarının, bütün yağmur damlalarının sayı ədədincə sükürlər olsun!” Yanından ötənlər qarşısındakı yeməyi ağzına apara bilməyəcək qədər aciz bir insanın bu qədər iddialı və məmnun duasından təəccüblənir və soruşurlar:”Padşahlara, sultanlara verilməmiş və səni xoşbəxt edən o nemət nədir, qardaşım, de, biz də bilək.” Həmin şəxs də belə cavab verir:”Allah-Təala mənə Onu tanımaq qabiliyyəti verib, Onu sevmək duyğusu verib, bütün bu yaşadıqlarımın ötəri bir sınaq olduğunu anlamaq şüuru verib, bu halım ilə Ona şükür etmək şövqü verib, siz heç bunların nə qədər misilsiz bir nemət olduğunu anlayırsınızmı?”

www.zaman.az