Zərdabda “Hər kəs bir bayraq yüksəltsin” adlı tədbir keçirilib

0
44

Zərdab  Rayon  Heydər Əliyev Mərkəzi

Zərdab  Rayon  Heydər Əliyev Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Hər kəs bir bayraq yüksəltsin” adlı tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə Mərkəzin direktoru Könül Rəhimova “Bayrağımız qürurumuzdur” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli sərəncamına əsasən hər il 9 noyabrın “Dövlət bayrağı günü” kimi dövlət  səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb: “Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət bayrağımız milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzinə çevrilib”. Noyabr ayının xalqımızın tarixində şərəfli günlərlə zəngin olduğunu vurğulayan Könül Rəhimova, tədbir iştirakçılarını və rayon ictimaiyyətini qarşıdan gələn əlamətdar tarixi günlər münasibətilə də təbrik edib.

Tədbirdə digər çıxış edənlər bu gün Azərbaycanda dövlət atributlarına olan yüksək hörmət və ehtiramdan söz açıblar.

Tədbirdə  Dövlət Bayrağı Meydanının açılışına həsr olunmuş sənədli film nümayiş etdirilib, məktəblilərin ifasında dövlət rəmzlərinə, Azərbaycana həsr olunan şeirlər dinlənilib.

Sevinc Vaqifqızı