İbrətli hadisə

1
40

həyat dərsiBir gənc bir məşhur iş adamına məktub yazaraq maraqlı ideyası olduğunu və onunla görüşmək istədiyini bildirir.

Məktuba cavab gəlmir.

Gənc ona daha bir neçə dəfə eyni xahişlə məktub yazır.

Bir gün ona zəng gəlir və zəng edən həmin məşhur adamın köməkçisi olduğunu bildirərək, sahibinin onunla sabah yol kənarında beş dəqiqə görüşə biləcəyini bildirir.
Gənc deyilən vaxtda, deyilən yerdə həmin insanı gözləyir.

Doğrudan da həmin zamanda orda maşın korteji dayanır və onu qorunan maşına oturmağa dəvət edirlər.

O maşında həmin adamın olduğunu görür və salamlaşaraq mövzunu başlamaq istəyir. Ancaq həmin adam əl işarəsi ilə onu saxlayaraq planşetində nə isə oxuyur. Bir qədər sonra gənc yenidən söhbətə başlamaq istəyir, ancaq həmin adam indi də kimə isə zəng edir və sakitcə onu dinləiyr.

Bir qədər sonra onlar bir obyektə gəlirlər, həmin adam düşür və gəncə də düşməyi əli ilə işarə edir. O onları qarşılayan bir nəfərlə bir biznes söhbəti edir, bu zaman gənc də yanlarında olur.

Bir neçə saat ərzində onlar bir neçə yerə gedirlər və hər dəfə eyni situasiya təkrar olunur.

Bir yerə də maşınla gedəndə gənc dözməyib dillənir :
– Siz mənə qulaq asa bilərsinizmi ?
Həmin çəxs başını çevirib ona baxır və deyir :
– Sən hələ burdasan, get burdan.
Maşını saxlayıb, onu düşürürlər.
Gənc pərt olur.

O ideyasını bölüşə bilmir və situasiyadan necə çıxmağın yolunu axtarır. Təxminən on gündən sonra yadına həmin şəxslə getdiyi obyekt düşür. Ora gedərək, şefin danışdığı adamı tapır və ona bir biznes layihəsi təklif edir. Təklifi qəbul edirlər.

Bir müddət sonra o növbə ilə digərilərinin də yanına gedir və müxtəlif layihələr təklif edir. Danışıqlarla onlar da qəbul edilir.

Oğlan qısa müdət işini qura bilir və tədricən tanınmağa və qüvvə toplamağa başalyır.

Bir müdət sonra o təsadüfən arzuladığı həmin məşhur şəxsə rast gəlir və ona yaxınlaşıb deyir:

– Siz mənimlə üç dəqiqəyə danışmağa vaxt tapmadınız. Amma mən öz problemlərimi həll edə bildim və artıq qüvvətlənməyə başalmışam.

Həmin şəxs gülümsəyərək deyir :

– Mən bir neçə nəfəri sənin kimi yanımda obyektləri gəzdirmişəm. Ancaq təkcə sən yanımda görünməyin imkanlarından istifadə edə bilibsən.

1 comment

Comments are closed.