Zərdab Rayon Mərkəzi Kitabxanasında 20 Yanvar hüzn gününün 25 illiyi ilə əlaqədar “Od vurub qəlbimə 20 Yanvar” adlı ədəbi-bədii kompozisiya təşkil olundu. Tədbirdə əvvəlcə dövlət himni səsləndirildi və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mərkəziləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva açaraq 20 yanvar facəsinin tarixindən danışdı.
Tədbir şəhər 3 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Od vurub qəlbimə 20 Yanvar” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Tədbirdə kitabxananın əməkdaşlarından Cəmalə Feyzullayeva, Leyla İskəndərli, Gülüstan Rəhimova, Gülzar Qasımova, Xanməmmədli kənd kitabxana filialının müdiri Şükufə Səlimova çıxış edərək, vətənimizin müstəqilliyi uğrunda canlarını fəda edən 20 yanvar şəhidlərinin unudulmadığını və bu facənin tarixə həm hüzn, həm də qürur günü kimi yazıldığını qeyd etdilər. Kitabxanada təşkil olunan “20 yanvar” adlı sərgi tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Sonda Şəhidlərin ruhuna “Fatihə” Surəsi oxundu.











