Gəlmə kəndində şəhidləri andılar

1
23

Gəlmə kəndiZərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı Gəlmə kənd kitabxana filialı, Gəlmə kənd  İcra Nümayəndəliyi və Mədəniyyət Evi  20 Yanvar Ümumxalq Hüzün Günü ilə əlaqədar “Şəhidlər ölməzdirlər” başlığı altında tədbir təşkil etdi. Tədbiri giriş sözü ilə İcra Nümayəndəsi Cəfər Manafov açaraq  Azərbaycan xalqının azadlığı, müstəqilliyi yolunda şəhid olmuş bütün vətən  övladlarının ruhunu bir dəqiqəlik sükutla yad olunmasını xahiş etdi.

Gəlmə kənd kitabxanasının müdiri  İlahə Hüseynova “20 yanvar Hüzn və qəhrəmanlıq günüdür” başlığı altında məruzə ilə çıxış etdi. Gəlmə kənd Mədəniyyət Evinin müdiri Gülzadə Cəbrayılova, şəhid anası Gülayət Hüeynova, tibb məntəqəsinin müdiri Qönçə Abbasova çıxış edərək bildirirdilər ki, ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz  edilməsi üçün həyata keçirdiyi siyasətin nəticəsidir ki, bu gün Milli Ordumuz düşmənin hər hansı bir təcavüzünə layiqincə cavab verməyə qadirdir.

Kitabxananın fəal oxucuları Ə. Aydan, Q. Gültən, H. Saray,H. Aydan, M. İsmayıl, A. Billurə, K. Aydan, A. Gülnar, Q. Minayə, A. Zöhrə, Q. Ülvi, Q. Cavidan, N. Hümmət, “Şəhid qanı”,  “Şəhidlər”, “Ağla, qərənfil, ağla”, “20 Yanvar Şəhidləri”, “Mərd əsgərdir şəhidlər” və b. şeirlər söylədilər.                                                                                                          Sonda Gəlmə kənd İcra Nümayəndəliyinin ərazisində yerləşən Şəhidlərin Xatirə Abidəsi önünə gül çiçək dəstələri qoyuldu.

Şəhid anası Gülayət Hüseynova şəhidlərimizin ruhuna Quran ayəsi oxudu, bütün şəhidlərə rəhmət dilədi.

 Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Gəlmə kəndi Gəlmə kəndi
Gəlmə kəndi Gəlmə kəndi

1 comment

Comments are closed.