| – Hacı, bu qədər havalı gəzmə, olar ki, Allah bu gərdişin yönünü dəyişər, onda görərsən ki, nə bu dünya, nə də bu dünyanın malı güvəniləcək bir şey deyil.
Hacı Zeynalabdin də gülərək belə cavab verir:
– Ay hacı, dünyanın yarısından çoxunda mənim fabriklərim, zavodlarım işləyir. Urusetdəkini alsalar, Firəngistanda var, ordakıları alsalar, Almaniyada var, ordakıları alsalar, burdakılar var, yəni hər yerdə var. Burdakıları da əlimdən alsalər, ordakıların qazancı bəsimdir. Hacı Turab da Hacı Zeynalabdinin yarızarafat, yarıgerçək cavabına başını bulayır və dönüb yoluna davam edir. Bu söhbətdən bir neçə il sonra Azərbaycan işğal olunur və Hacı Zeynalabdinin bütün varidatı əlindən çıxır. Öləndə də vəsiyyət edir ki, onu Hacı Turabın ayaqlarının altında basdırsınlar. Çünki onun ayağı biləni mənim başım bilmirmiş. |
Hər halda Hacı Zeynalabdin ağıllı adam olub və doğru da buyurub.Çünki,normal düşüncəli adam ağlına belə gətirməz ki,onun halalıqla qazandığı varidatı əlindən alarlar.Bunu sovet hökuməti etdi və çağımızda da baş verməkdədir.
Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabrikini alıb adını V.İliç Lenin qoyurlar.Hacı da deyir:- “Fabrikimi almısız,yaxşı etmisiniz,amma bu V.İliç Lenin vallah mənimlə şərikli fabrik tikməyib,onun adının fabrikimə verilməsini qəbul edə bilmirəm”
Comments are closed.