Avropa Oyunlarını işıqlandıran jurnalist həmyerlimiz

2
43
Avropa Oyunları

Avropa OyunlarıBirinci Avropa Oyunları ilə əlaqədar olaraq dünyanın gözü Azərbaycandadır. İdmançılarımız medallar uğrunda mübarizə aparır və qalib olurlar. Bu müvəffəqiyyətlər hər kəsi sevindirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevə və ailə üzvləri də yarışların gedişini izləyirlər.

Xəbər verdiyimiz kimi, birinci Avropa Oyunlarını işıqlandıran jurnalistlər arasında həmyerlimiz, Zərdab rayonunun Qoruqbağı kənd sakini, jurnalist Nicat İsmayılov da var. O, “Bakı-2015” birinci Avropa Oyunları üçün Mətbuat Akkreditasiyasından keçərək tədbirlərə qatılıb.

Zerdab.com saytı jurnalist Nicat İsmayılovun sosial şəbəkələrdə paylaşdığı fotolardan bəzilərini təqdim edir.

Sevinc VaqifqızıAvropa OyunlariAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa OyunlarıAvropa Oyunları

2 ŞƏRH

  1. Əziz Nicat müəllim! Ölkəmiz və xalqımızın həyatında çox əlamətdar hadisə olan birinci Avropa Oyunlarında zərdablı jurnalist olaraq iştirakın məni çox sevindirdi. Bununla Azərbaycanımızın “Mətbuat ocağı” olan Zərdabımızı layiqli şəkildə təmsil etməklə yanaşı, eyni zamanda tədbirdən fotoaparatın yaddaşına həkk etdiyin çox dəyərli məqamlarla oxuculara böyük zövq yaşatdın. Açılış mərasimində Olimpiya Stadionumuzda rayonlarımızın adları içərisində Zərdabımızın da adının qeyd olunduğu o möhtəşəm məqamı bir anlığa böyük diqqət və məhəbbətlə fotoaparatın yaddaşına qeyd etməklə isə zənnimcə hər bir zərdablının mənəvi aləminə çox böyük bir qürur və töhfə vermiş oldun. Bu tarixi kadr daim sənin adınla bağlı olacaq. Sənə dərin təşəkkürümü bildirir, uğurlar və sağlamlıq arzulayıram.

  2. SUPER, SUPER, SUPER!
    TEƏBRİKLƏR NİCAT QARDAŞIMIZ! QURBAN QARDAŞIMIZIN HƏR KƏLMƏSİ MƏNİM DƏ ÜRƏYİMDƏN GƏLƏN SÖZLƏRDİR. UCA ALLAH SƏNİN KİMİ OĞULLARI VAR ELƏSİN!
    AMİN!!!

Comments are closed.