Zərdabda kənd yolları təmir edilir – FOTOLAR

3
58

Zerdab

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd yollarının təmiri və tikintisi ilə əlaqədar qarşıya qoyduğu vəzifələr Zərdab rayonunda da uğurla icra olunur. Artıq rayonun Körpükənd, Məlikli, Burunlu, Yarməmmədbağı, Əlibəyli, Allahqulubağı, Gəlmə, Hüseynxanlı, Xanməmmədli, Pərvanlı, Alıcanlı, Məlikumudlu, Dəli Quşçu, Kəndəbil kənd və Bəyimli qəsəbə yollarında xeyli təmir-abadlıq işləri aparılmışdır. Son günlərdə isə Məmmədqasımlı kəndinə gedən 2 km uzunluğunda yolun təmirinə başlanılmış və işlər artıq başa çatdırılmışdır.

Zərdab Rayon İcra HakimiyyətiZerdabZerdab

3 ŞƏRH

  1. Bu məlumatı sayta Yol idarəsi verib? Məmmədqasımlıya Rövnə Abdullayev gəlməlidir qaz xəttinin açılışı üçün. Ora yol çəkilişinin səbəbi budur. Qaldı ki, digər sadalanan kəndlərdən Məlikli, Burunlu, Yarməmmədbağı, Əlibəyli, Allahqulubağı, Gəlmə, Pərvanlı, Alıcanlı, Dəli Quşçu kəndlərində yol bərbad vəziyyətdədir. Digərlərinə isə yolum düşməyib son vaxtlar. Dəqiq deyə bilmərəm. Bu boyda gop olar? O kəndlərdə yol çəkilişi aparılmayıb.

  2. Hə, BAĞIŞLAYIN FİKİR VERMƏMİŞƏM. İndi gördüm şəkillərin üstündəki yazını. Fərq etməz, mənim yazdıqlarım faktdır, RİH-nin işçiləri gedib o kəndlərə də baxsınlar, şəkil çəksinlər, görək dedikləri doğrudurmu? Fakt odur ki, orada nə icra nümayəndəliyi, nə də bələdiyyə bir metr də yol çəkməyib.

Comments are closed.