Zərdabda ali məktəblərə qəbul olanlarla görüş keçirildi-FOTOLAR

4

 

Zərdab rayonuZərdab rayonu üzrə 2015-ci ildə ali məktəblərə, hərbi məktəb və liseylərə qəbul olunmuş məzunlarla rayon rəhbərliyinin görüşü keçirilmişdir. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər respublikamızın bütün regionlarında olduğu kimi Zərdab rayonunda da təhsilin inkişafı istiqamətində xeyli iş görülmüşdür. Qeyd olunmuşdur ki, son illərdə rayonda 3035 yerlik 16 məktəb, o cümlədən Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 280 şagird yerlik 2 məktəb binası tikilib istifadəyə verilmiş, 2 tam orta məktəb binası əsaslı təmir edilmişdir. Cari ildə Əlvənd kənd tam orta məktəbi təmir edilmişdir. 3-cü Dövlət Proqramına əsasən yaxın vaxtlarda şəhər ümumi orta məktəbi və Gəlmə kənd körpələr evi-uşaq bağçası üçün yeni binanın tikintisinə, şəhər 1 saylı tam orta məktəbin əsaslı təmirinə başlanılacaqdır.

İcra başçısı bildirmişdir ki, 2015-ci ildə rayonun tam orta məktəblərini 471 nəfər məzun bitirmiş, onlardan 254 nəfəri TQDK-ya sənəd vermişdir. Natiq qeyd etmişdir ki, 2007-ci ildə cəmi 48 nəfər məzun ali məktəbə qəbul olmuşdursa, bu il bu göstərici 151 nəfər olmuş, 6 nəfər məzunumuz qəbul imtahanlarında 600-dən çox bal toplamışdır. 4 məzun isə ali hərbi məktəb və hərbi liseylərə qəbul olmuşdur. Eyni zamanda rayonun Kəndəbil kəndindən Məmmədovlar ailəsinin, Dəli Quşçu kəndindən isə Bədəlovlar ailəsinin hər birindən 3 nəfər respublikanın müxtəlif ali məktəblərinə qəbul olmuşlar. Cənab Prezidentin tapşırığına əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının bölgələrdə keçirilməsi imtahanlarda iştirak edən məzunlarda yüksək əhval-ruhiyyə yaratmışdır.

Görüşdə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlər, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Sonda yüksək balla ali məktəblərə daxil olmuş tələbələrə qiymətli hədiyyələr təqdim olunmuş, görüş iştirakçıları üçün böyük konsert proqramı təşkil edilmişdir.

Zərdab rayonu2. jpgZərdab rayonu1Zərdab rayonu3. jpgZərdab rayonu2jpg

 

4 ŞƏRH

  1. sagolsebnem mektebimizin adin ucaltdin ugurlar sene.Seher 2 sayli mekteb hemise yuksek bal toplayanlar olub.Bunlardanda biri sensen

  2. Zərdabda NATİQ şadlıq sarayinda İcra hakimiyyəti bu il ali məktəbə daxil olmuş tələbələrlə görüş keçirib.Görüş saat 10-00-a təyin olunsa da İcra başçısın gecikməsi ucbatından 12-00 da baş tutmuşdur.Görüşdə İcra Başçısı,TŞ-nin müdiri çıxış etmış,bir neçə tələbə isə onlara qabaqcadan icra hakimiyyətində hazırlanaraq verilmiş mətni oxumuş və sarayda TOY olacağı səbəbindən görüş tezbazar yekunlaşmışdır.
    Bundan sonra qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə “hədiyyələr” verilmişdir.Yekun sözü söyləyən İcra Başçısı növbəti ildə 680 bal toplayan tələbəyə maşın verəcəyini vəd edib.))))Bu isə iştirakçıların təəcüb və gülüşü ilə qarşılanıb.
    BELƏ Kİ, BU İLİN ƏVVƏLİNDƏ MƏDƏNİYYƏT EVİNDƏ KEÇİRİLƏN BİR YİĞINCAQDA HƏMİN ELƏ BU bAŞÇI BUİLKİ QƏBULDA 670 BAL YIĞAN TƏLƏBƏYƏ MAŞIN BAĞIŞLAYACAĞINI VƏD ETMİŞDİ.GÖRÜŞDƏ İŞTİRAK EDƏN 670 BAL YIĞMIŞ TƏLƏBƏ DƏ HƏDİYYƏ OLARAQ MAŞIN GÖZLƏDİYİ HALDA,ONA DVD HƏDİYYƏ ETMİŞLƏR…
    BAX TƏLƏBƏLƏRLƏ DƏ BELƏ MƏZƏLƏNİRLƏR…
    P.S. VERİLƏN HƏDİYYƏLƏRİ DƏ HƏR MƏKTƏB MÜƏLLİMLƏRDƏN PUL YIĞARAQ ÖZ MƏZUNLARINA ALMIŞLAR…

Comments are closed.