“Alfa” Tədris Mərkəzi Zərdab rayonunda şagirdlərə təlim keçir

0
48

“Alfa” Tədris Mərkəzi 19-20 may tarixlərində Zərdab rayonunda orta məktəblərdə “Kompyuter nədir və ondan necə səmərəli istifadə etmək olar” mövzusunda təlim keçib. Rayon Təhsil Şöbəsinin dəstəyi və icazəsi ilə baş tutan təlimlər ilk olaraq Gəlmə kənd orta məktəbində baş tutub. Növbəti təlim isə may ayının 20-də H. Aslanov adına Şəhər 3 saylı orta məktəbində gerçəkləşib. “Alfa” Tədris Mərkəzinin rəhbəri Bağı Xəlillinin www.zerdab.com saytına verdiyi məlumata görə, növbəti təlimlər mayın 23-də H. Zərdabi adına 1 saylı orta məktəbdə, 27-i isə Ş. Qurbanov adına şəhər 2 saylı orta məktəbdə olacaq. Təlimlərdə fəal iştirak etmiş məktəblilər yekun tura seçiləcəklər. “Yekun tur may ayının 27-də təşkil olunacaq. Sonda şagirdlərə sertifikatlar təqdim ediləcək”,-deyə Bağı Xəlilli deyib.
“Alfa” Tədris Mərkəzinin rəhbəri bu cür təlimlərin davam edəcəyini və iyul ayının 11 və 12-də XI sinfi bitirib ali məktəbə sənəd verən məzunlar üçün “Motivasiya və Psixologiya” mövzusunda təlim keçiriləcəyini bildirib.
Qeyd edək ki, “Alfa” Tədris Mərkəzi 2011-ci ildən fəaliyyət göstərir. Kursun əsas məqsədi gənclərin və məktəblilərin Rabitə və İnformasiya texnologiyalarına, həmçinin kompyuter vərdişlərinə yiyələnmələrinə yardımçı olmaqdır.