Zərdab rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya və gübrəyə olan tələbatının yaxşılaşdırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. www.zerdab.com saytının xəbərinə görə, tədbirlərin davamı olaraq “Aqrolizinq” ASC-nin Zərdab rayon aqroservis filialı üçün inzibati bina və regional gübrə anbarının tikintisinə başlanılıb. Anbarda il ərzində tonlarla gübrə saxlanılacaq.
www.zerdab.com